Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Azərbaycanda şəriət dövləti yaratmaq istəyən cinayətkar birlik ifşa olundu

Azərbaycanda şəriət dövləti yaratmaq istəyən cinayətkar birlik ifşa olundu


14-01-2016, 16:52. Yazar: Xeberaz
Azərbaycanda şəriət dövləti yaratmaq istəyən cinayətkar birlik ifşa olundu
General-mayor açıqlama verib.

Azərbaycanda konstitusion quruluşun zorla dəyişdirilərək şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaq niyyətində olan cinayətkar birlik ifşa olunub.

Xeberaz.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 2015-ci ildə cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin nəticələri barədə çıxış edən Baş İdarənin rəisi, polis general-mayoru Seyfulla Əzimov deyib ki, həyata keçirilmiş profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmayıb, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilməyib.
Geri dön