Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda 3 avtobus toqquşdu:

Bakıda 3 avtobus toqquşdu:


7-04-2015, 16:44. Yazar: Xeberaz
Bakıda 3 avtobus toqquşdu:

Nazirlik rəsmi məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş verən yol qəzası ilə bağlı məlumat yayıb. xeberaz.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, aprelin 6-da saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Zakir Mirzəyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus və Gürcüstan vətəndaşı Polad Quliyevin idarə etdiyi “Daewoo” markalı 194 saylı xətt avtobusu toqquşub.

Bununla əlaqədar Z.Mirzəyev və P.Quliyev düşüb mübahisə edərkən Salyan rayon sakini Cahid Babayev idarə etdiyi “Daewoo” markalı 211 saylı xətt avtobusu ilə hər iki sürücünü və onların idarə etdikləri avtomobilləri vurub. Nəticədə P.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb, Z.Mirzəyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


Geri dön