Ana Sayfa > Karusel / Hadisə / M2 > İŞİD İndoneziyanı terrorla silkələdi - Video

İŞİD İndoneziyanı terrorla silkələdi - Video


14-01-2016, 11:08. Yazar: Xeberaz
İŞİD İndoneziyanı terrorla silkələdi - Video

İndoneziyanın paytaxtı Cakartada silsilə terror aktı törədilib.

Xeberaz.az xəbər verir ki, paytaxtda eyni anda 6 partlayış baş verib. Sonradan isə daha bir terror törədilib. İlkin məlumatlara görə, hadisə zamanı 4 adam ölüb.

“Starbaks” qarşısında 3 kamikadze özünü partladıb. Digər terror hücumu polis bölməsinə edilib. BMT-nin regional nümayəndəsi Ceremi Duqlas partlayışlardan birinin yeni ofislərinin qarşısında baş verdiyini açıqlayıb.

Hələlik terroru üzərinə götürən olmayıb. Polis rəsmisi Anton Çarliyan az əvvəl İŞİD-dən təhdid aldıqlarını açıqlayıb. İngiltərənin “Mirror” qəzeti terroru İŞİD-in törədə biləcəyini yazıb.

Geri dön