Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV > “2 min manatı 700 dollara satan şəxs tutuldu - Video

“2 min manatı 700 dollara satan şəxs tutuldu - Video


14-01-2016, 00:22. Yazar: Xeberaz
“2 min manatı 700 dollara satan şəxs tutuldu -  Video
Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirilib.

Xeberaz.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda saxta əskinaslar, narkotik vasitələr çıxarılıb və vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şərur sakini Röyal Nəsirovu 2 min manat saxta əskinası 700 dollara satan zaman saxlayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayədə qaldığı mənzildən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq olmaqla 8485 manat saxta saxta pul aşkar edilib.

Baş İdarə əməkdaşları Xaçmaz sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3 min manat tələb edən Sumqayıt sakini Mehman Məmmədovu paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutublar. İndi əməliyyatçılar onun buna bənzər əməllərinin olub-olmamasını araşdırırlar.

Növbəti əməliyyat zamanı isə külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısını alıb. Polis Siyəzən rayon sakini Röyal İlyasovdu 5 kiloqramdan artıq marixuananı 30 min manata satmaq istəyən zaman iş başında tutub.

Hər üç faktla bağlı Baş İdarəinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Geri dön