Ana Sayfa > Karusel / Dünya > Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var

Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var


13-01-2016, 22:31. Yazar: Xeberaz
Fransada məktəblilər qar uçqununa düşüb, ölən və xəsarət alanlar var
Fransanın cənub-şərq bölgəsindəki İzer departamentində bir qrup məktəbli qar uçqununa düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 məktəbli ölüb, daha 3-ü xəsarət alıb.

Huşsuz halda tapılan məktəblilər xəstəxanaya çatdırıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Təbii fəlakət nəticəsində qarın altında qalan digər məktəblilərin axtarışı davam etdirilir.
Geri dön