Ana Sayfa > Karusel / Siyasət / M2 > Medvedyev: "Belə vəziyyətlə qarşılaşmamışdıq"

Medvedyev: "Belə vəziyyətlə qarşılaşmamışdıq"


13-01-2016, 20:33. Yazar: Xeberaz
Medvedyev: "Belə vəziyyətlə qarşılaşmamışdıq"
Rusiya daha əvvəl bu qədər çətinliklərlə qarşılaşmamışdı.

Xeberaz.az xəbər verir ki, bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev deyib.

O bildirib ki, ötən il Rusiya iqtisadiyyatı üçün olduqca ağır olub:

“Neftin qiymətindəki sürətli enmə, ölkəmizə tətbiq edilən sanksiyalar və qlobal iqtisadi sferanın dəyişməsi nəticəsində iqtisadiyyatımız ağır böhran keçirdi. Daha əvvəllər belə vəziyyətlə qarşılaşmamışdıq. Ölkəmiz ucuz neftlə mübarizə aparmağı bacarır. Lakin hazırki vəziyyət 1998-ci ildəki durumdan fərqlənir. İqtisadiyyatımızdakı mövcud vəziyyət onu göstərir ki, ölkəmizdə bazar mexanizmləri dayanıqlıdır. Sanksiyalara baxmayaraq, ölkəmiz ayaqda durur”.
Geri dön