Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neft Fondu valyuta satışını bərpa etdi

Neft Fondu valyuta satışını bərpa etdi


13-01-2016, 20:02. Yazar: Xeberaz

Neft Fondu valyuta satışını bərpa etdi
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə valyuta satışını bərpa edib.

Xeberaz.az Dövlət Neft Fondunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün yeni mexanizm ilə - Mərkəzi Bankın müntəzəm hərracları vasitəsilə ilk hərrac təşkil edilib. Bununla da ölkədəki bütün banklar hərracda iştirak etmək imkanı əldə edib. 200 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 32 banka satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Geri dön