Ana Sayfa > Karusel / Təhsil / M2 > Leyla Əliyeva növbəti şeirini təqdim etdi
Leyla Əliyeva növbəti şeirini təqdim etdi7-04-2015, 16:20. Yazar: Xeberaz |
“Dostum, yaxşı ki, varsan...” Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. Oxu.Az “Sən elə gözəlsən ki…” adlı şeiri oxucuların ixtiyarına verir. Dostum, sən bir atəşsən sanki heç dayanmadan yanaraq od saçırsan. Bir iti baxışınla yandırırsan, yaxırsan... Girirsən qəlbimizə hökmünə ram edirsən. Gücünü, qüdrətini, qadir olduqlarını yaxşı bilirsən, dostum; Həyat oyunlarında Həmişə qazanmağın ən mahir ustasısan... Naxşı gətirən dostum... Hərçənd ki, hər ürəyə, ruha da acıyırsan; Gecəni qaranlıqdan hifz edib, qoruyursan... Bizim kimi yaşamaq sənə uzaqdır, əlbət; Bizsə sənin tək, dostum, ola bilmərik, fəqət... Bəzən elə bilirəm, cadügərsən, falçısan. Qəlbdəki diləkləri əzbərdən deyən falçı... Zalımlığı, pisliyi rüzgarlarla sovuran Ürəyini saflığa, xeyirxahlığa açan... Hamını pisliklərdən, zülmlərdən qorumaq... – Görəsən sənin buna ixtiyarın çatırmı? Xeyirxahlıqdan qılınc düzəltməyin nahaqdır... Qılınclasa asandır: Sadəcə boyun vurmaq..! Hərdən düşünürəm ki, sən cadügər qadınsan. Səni qınamağasa ixtiyarım çatmayır. Çünki zalımlığını öz içindən qovmusan xeyirxah mələklərlə dostluq qurmağın üçün... Bax, sərgərdan olmusan – nə yerdə, nə göydəsən... Buna görə qəmlisən? buna görə gözlərin işıq saçır, nikbinsən.!? Ey dost, səni həyatda anlayıb, duymasam da, Səninlə həyatıma davama “yox!” desəm də... Hər gün, hər axşam çağı, adın gəlir dilimə. Göylərə üz tutaraq, sənə dua edirəm – “Dostum, yaxşı ki, varsan!” – Tanrımıza şükürlər..! Geri dön |