Ana Sayfa > Karusel / Hadisə / M2 > 21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb - Tovuzda

21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb - Tovuzda


13-01-2016, 17:51. Yazar: Xeberaz
21 yaşlı qız yoxa çıxıb, evdə qan izləri tapılıb - Tovuzda

Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.

Xeberaz.az APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.

Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanlarının əməkdaşları Z.Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər. Məlumata görə, ötən gün itkin düşən Z.Məhərrəmova sonuncu dəfə evdə qardaşı, 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.

Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Geri dön