Ana Sayfa > Karusel / Hadisə / M2 > "Xəyal Adası"nın kabelini oğurlayanların kimliyi məlum oldu

"Xəyal Adası"nın kabelini oğurlayanların kimliyi məlum oldu


13-01-2016, 17:49. Yazar: Xeberaz
"Xəyal Adası"nın kabelini oğurlayanların kimliyi məlum oldu


Ötən il noyabrın 19-da "Xəyal Adası" MMC-dən yüksək gərginlikli elektrik kabelini oğurlayan şəxslər tutulub. Xeberaz.az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə 2015-ci ilin noyabrın 19-da Suraxanı rayonunda yerləşən "Xəyal Adası" MMC-dən dəyəri 11303 manat dəyərində olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlayan Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev saxlanılıb.
Geri dön