Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Metro və avtobuslarda gedişhaqqı artacaq? (RƏSMİ AÇIQLAMA)

Metro və avtobuslarda gedişhaqqı artacaq? (RƏSMİ AÇIQLAMA)


13-01-2016, 16:32. Yazar: Xeberaz
Metro və avtobuslarda gedişhaqqı artacaq? (RƏSMİ AÇIQLAMA)

Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Xeberaz.az-in məölumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

"Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur”, - deyə Abbas Əliyev vurğulayıb.
Geri dön