Ana Sayfa > Karusel / Şou-Biznes / Fotogalereya > Röya Türkiyə hitparadında ilkdirmi?!

Röya Türkiyə hitparadında ilkdirmi?!


13-01-2016, 14:25. Yazar: Xeberaz
Röya Türkiyə hitparadında ilkdirmi?!

Əməkdar artist Röya Ayxanın “Kesin bilgi” mahnısının “KRAL TV”nin TOP 20-liyinə düşməsi uğurdur. Lakin bu, Azərbaycan üçün ilk deyil...

Əməkdar artistin mahnısının TOP 20-liyə düşməsini yerli KİV Azərbaycanda bir ilk kimi qələmə verdi. Lakin Publika.az-ın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan bu ilkə təxminən 5 il əvvəl, daha dəqiq desək, 2011-ci ilin aprel ayında imza atıb.

Belə ki, xalq artisti Aygün Kazımova və repçi Miri Yusifin duet şəklində ifa etdiyi “Petrol” mahnısı 2011-ci ildə “KRAL TV”nin TOP 20-liyinə düşmüşdü.

Bundan əlavə, Aygün Kazımovanın Sinan Akçılla ifa etdiyi “İkinci sən” mahnısı da “KRAL TV”nin TOP 20-liyində yer alıb.

İsa Şükürov
Geri dön