Ana Sayfa > Karusel / Hadisə / M2 > Cəlilabadda faciə: 7 yaşlı uşaq öldü - YENİLƏNİB

Cəlilabadda faciə: 7 yaşlı uşaq öldü - YENİLƏNİB


13-01-2016, 00:45. Yazar: Xeberaz
Cəlilabadda faciə: 7 yaşlı uşaq öldü - YENİLƏNİB
Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda bədbəxt hadisə baş verib.

Xeberaz.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yanvarın 12-də rayonun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Vahid oğlu Qurbanov həyətlərindəki əncir ağacında yüyrük hazırlayarkən ehtiyatsızlıqdan kəndir onun boğazına keçib və yeniyetmə yerindəcə boğularaq dünyasını dəyişib. Onun valideynləri hadisədən xəbər tutanda isə artıq gec olub.

Məlumata görə, ailənin ikinci övladı olan Dövran birinci sinif şagirdi idi.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

13:15

Cəlilabadda azyaşlı uşaq faciəli şəkildə ölüb.
Xeberaz.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Geri dön