Ana Sayfa > Karusel / M2 / Foto-fakt > Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib- FOTOLAR

Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib- FOTOLAR


13-01-2016, 00:18. Yazar: Xeberaz
Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib- FOTOLAR
Faktla bağlı araşdırmalar aparılır.

Zaqatalada qoyun-quzu oğurlayan Bakı şəhər sakinləri və İsmayıllı rayon sakini həbs edilib.


Xeberaz.az xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini Nurəddin Yumuxov Zaqatala RPŞ-ə müraciət edərək bildirib ki, naməlum şəxslər yanvar ayının 3-ü axşam saatlarında yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsindən 9 baş qoyun-quzu oğurlayıblar.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Nurəddin Yumuxova məxsus xırda buynuzlu mal-qaranı İsmayıllı rayon sakini, 1984-cü il təvəllüdlü Ziliyev Vüsal Təşkilat oğlu, Bakı şəhəri Lökbatan qəsəbə sakinləri 1998-ci il təvəllüdlü Məhərrəmli Elçin Əlikram oğlu, 1994-cü il təvəllüdlü Novruzov Tofiq Şahalı oğlu və 1997-ci il təvəllüdlü Zaqatala rayonunun Danaçı kənd sakini Adamov Hacımurad Ramazan oğlu əlbir olaraq oğurlayıblar. Keçirilmiş tədbir nəticəsində cinayətin iştirakçıları tutularaq istintaqa təhvil veriliblər.

Təqsirləndirilən şəxslər barəsində Cinayət məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.
Geri dön