Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gecə klubunda insident: 19 yaşlı qız döyüldü

Bakıda gecə klubunda insident: 19 yaşlı qız döyüldü


12-01-2016, 17:35. Yazar: Xeberaz
Bakıda gecə klubunda insident: 19 yaşlı qız döyüldü

Bakının Səbail rayonunda gecə klubunda dava olub. Xeberaz.az Criminal.az teleqraf.com-a istinadla xəbər verir ki, hadisə T.Əliyarbəyov küçəsi, 6 ünvanında yerləşən “Niyat” gecə klubunda baş verib.

Həmin klubda işləyən Balakən rayon sakini, 1997-ci il təvəllüdlü T.Ə. Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü K.H. tərəfindən döyülüb. Hadisə ilə bağlı T.Ə. Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə ərizə ilə müraciət edib.

Məlumata görə, K.H. gecə klubuna gələrək, bir qədər içki içib və daha sonra orada işləyən 19 yaşlı qızı çağıraraq, onunla intim əlaqədə olmaq istədiyini deyib. Amma qız K.H. ilə cinsi əlaqədə olmaqdan imtina edib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı oğlan 19 yaşlı qızı döyüb. Faktla bağlı araşdırma aparılır.
Geri dön