Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB

Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB


12-01-2016, 16:47. Yazar: Xeberaz
Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB
Çoxlu sayda insan köməksiz qalıb.

Maltəpədə tikinti işləri gedən 12 mərtəbəli oteldə başlayan yanğın nəzarət altına alınıb.

Xeberaz.az-ın “Milliyyət”ə istinadən verdiyi xəbərə görə, binada köməksiz halda qalan 20-22 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Zərərçəkənlərin hamısı xəstəxanaya çatdırılıb.

13:35
Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB
Maltəpədə Gülsuyunda oteldə yanğın hadisəsi baş verib, Xeberaz.az “Milliyyətə” istinadən xəbər verir.

Məlumata görə, otelin içində çox sayda insan köməksiz halda qalıb.

Binanın zirzəmisində başlayan yanğının alovları bir müddət sonra bütün binanı bürüyüb. Bu səbəbdən üst mərtəbələrdəki insanlar oteli tərk edə bilməyiblər.

Verilən məlumata görə, otelin əməkdaşlarının yarısı xilas edilib.

Bölgə üzrə bütün yanğınsöndürmə briqadaları və tibb işçiləri hadisə yerinə cəlb edilib.
Türkiyədə otel yanır - FOTO + VİDEO - YENİLƏNİB

Geri dön