Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda zavodda kütləvi zəhərlənmə baş verib

Bakıda zavodda kütləvi zəhərlənmə baş verib


12-01-2016, 16:39. Yazar: Xeberaz
Bakıda zavodda kütləvi zəhərlənmə baş verib
Fəhlələr xəstəxanaya yerləşdirilib.

Bakıda yerləşən zavodların birində kütləvi zəhərlənmə baş verib.

Xeberaz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən Metal Konstruksiyalar zavodunda bir neçə gün öncə baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Rəhimovun icarə əsasında işlətdiyi metal qəbulu sexində naməlum səbəbdən Ammonyak turşusu yerə dağılıb.

Nəticədə yaxınlıqdakı taxta sexində işləyən fəhlələr – Göyçay rayon sakini 1994-cü il təvəllüdlü Yaşar Xancalov, Salyan rayon sakini 1983-cü il təvəllüdlü Yusif Kərimov, Ağsu rayon sakini 1985-ci təvəllüdlü Xəqani Nurəliyev, Ucar rayon sakini 1988-ci il təvəllüdlü Rzaağa Heydərov, Bakı şəhər sakinləri 1971-ci il təvəllüdlü Pərviz Əbdülhəmidov vəm qardaşı 1974-cü il təvəllüdlü Rövşən zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Toksokologiya xəstəxanasında müalicə olunan fəhlələrin səhhəti qənaətbəxşdir.

Araşdırma aparılır
Geri dön