Ana Sayfa > Karusel / Hadisə / M2 > Yevlaxda müəllimə məktəbdə bıçaqlandı

Yevlaxda müəllimə məktəbdə bıçaqlandı


12-01-2016, 16:32. Yazar: Xeberaz
Yevlaxda müəllimə məktəbdə bıçaqlandı
O, hadisə yerində dünyasını dəyişib.

Yevlaxda qətl hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Yevlax şəhərindəki 2 saylı musiqi məktəbinin qarşısında qeydə alınıb.

Məktəbdə müəllimə işləyən 35 yaşlı Süleymanova Ahu Nadir qızı məktəbin binası qarşısında qardaşı Hüseynov Veysəl Nadir oğlu tərəfindən bıçaqlanıb. A. Süleymanova hadisə yerində dünyasını dəyişib.

Qadının 2 övladının olduğu bildirilir. Qətlin səbəbi məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Geri dön