Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Ağcabədidə İcra Hakimiyyətilə problemi olan 3 nəfər intihara cəhd etdi (VİDEO)

Ağcabədidə İcra Hakimiyyətilə problemi olan 3 nəfər intihara cəhd etdi (VİDEO)


12-01-2016, 15:39. Yazar: Xeberaz
Ağcabədidə İcra Hakimiyyətilə problemi olan 3 nəfər intihara cəhd etdi (VİDEO)

Ağcabədi rayonunda 3 nəfər özünü öldürməyə cəhd edib.

Xeberaz.az-in məlumatına görə, onlar yaşayış binasının damına çıxıblər və özlərini oradan atmaq istəyiblər.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin xilasediciləri hadisə yerinə gedib və hər 3 şəxsi aşağı düşürə bilib. Xilasedicilər intihara cəhd edənləri aidiyyatı üzrə təhvil veriblər.

Hadisə şahidləri bildiriblər ki, özünü öldürmək istəyən şəxslər Ağcabədi rayon İcra Hakimiyyəti və nümayəndəliklə problem yaşadıqları üçün özlərinə qəsd etmək istəyiblər. Lakin intiharı dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Geri dön