Ana Sayfa > Karusel / Şou-Biznes / M2 > Telli Borçalı Zəlimxan Yaqubdan danışdı

Telli Borçalı Zəlimxan Yaqubdan danışdı


11-01-2016, 18:08. Yazar: Xeberaz
Telli Borçalı Zəlimxan Yaqubdan danışdı


O, heç kimə yuxarıdan aşağı baxmazdı.

Bu sözləri Aşıq Telli Borçalı xalq şairi Zəlimxan Yaqubun vəfatı haqda danışarkən deyib. Aşıq onun yerinin görünəcəyini bildirib:

“Zəlimxan zarafatcıl insan idi, böyüklə böyük, kiçiklə kiçik idi. Heç kim deyə bilməz ki, Zəlimxan ona yuxarıdan aşağı baxıb. Görürsünüz, nə qədər insan bu gün onun üçün Fəxri Xiyabana axın edir. Hər kəs çox pis olub.

Mənə İrandan, Qazaxıstandan zəng edib başsağlığı verirlər. O, belə sevilirdi. Ölümündən əvvəl tədbirlərdə görüşmüşük. Həmişə çağırılan yerə gedərdi. O, danışanda sarayları titrədərdi”.

Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub yanvarın 9-u uzun sürən xəstəlikdən sonra vəfat edib.
Geri dön