Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Azərbaycanda krediti olanların sayı açıqlandı

Azərbaycanda krediti olanların sayı açıqlandı


11-01-2016, 17:08. Yazar: Xeberaz
Azərbaycanda krediti olanların sayı açıqlandı
Azərbaycanda banka borcu olan vətəndaşların ümumi sayı açıqlanıb.

Azərbaycan Mərkəzi Bankına (AMB)-ın verdiyi məlumata görə, ölkədə kredit götürənlərin sayı 2015-ci ilin noyabr ayı ərzində 2 mln. 519 min 494 nəfərdən 2 mln. 532 min 712 nəfərə yüksəlib. Bir ay ərzində kredit götürənlərin sayı 13 min 218 nəfər artıb.

Ölkədə zaminlərin sayında da artım qeydə alınıb. Belə ki, bir ay ərzində zaminlərin sayı 1 mln. 195 min 004 nəfərdən 1 mln. 205 min 81 nəfərə yüksəlib. Yəni, bir ay ərzində zamin duranların sayı təxminən 10 min nəfər artıb.
Geri dön