Ana Sayfa > Karusel / Hadisə / M2 > İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı


11-01-2016, 16:03. Yazar: Xeberaz

İtkin düşən neftçilərdən daha birinin cəsədi tapıldı

Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu barədə Azərbaycan tərəfinə məlumat verilib.

SOCAR-dan verilən məlumatda bildirilir ki, hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Geri dön