Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Bakıda valyuta dəyişənlərə qarşı – ƏMƏLİYYAT

Bakıda valyuta dəyişənlərə qarşı – ƏMƏLİYYAT


11-01-2016, 15:19. Yazar: Xeberaz
Bakıda valyuta dəyişənlərə qarşı – ƏMƏLİYYAT
11 nəfər saxlanıldı.

Azərbaycan polisi valyuta tənzimi qaydasını pozan şəxslərə qarşı tədbirləri gücləndirib.

Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.

Məlumata görə, yanvarın 9-da Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zirəddin Ələsgərov, Bəhruz Bilalov, Samir Məsimov, İbiş Nuriyev, Məmmədəli İsmayılov, Sumqayıt şəhər sakini Nicat İsmayılov, Hacıqabul rayon sakini Zaur Əliyev, Oğuz rayon sakini Vahid Çələbiyev, Masallı rayon sakini Rəşad Cəfərov, Neftçala rayon sakinləri Vüsal Həsənov və Emin Ələkbərov valyuta tənzimi qaydasını pozduqları üçün saxlanılıblar.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.
Geri dön