Ana Sayfa > Karusel / Maraqlı / M2 > O bəzənir- düzənir, ürəyində fərəh, dodağında təbəssüm gəlir toya
O bəzənir- düzənir, ürəyində fərəh, dodağında təbəssüm gəlir toya11-01-2016, 14:26. Yazar: Xeberaz |
Pasientin gəlinin olarsa Bir dəfə Bakıda məşhur ginekoloqu bacısı oğlunun toyuna dəvət edirlər. O bəzənir- düzənir, ürəyində fərəh, dodağında təbəssüm gəlir toya. Ancaq bacıoğlunun yanındakı gəlini görəndə, saçından yapışıb söyə-söyə toyxanadan çölə sürütləyir. Sən demə, ikicə həftə əvvəl özü qıza himenoplastik əməliyyat edibmiş. Ən maraqlısı budur ki, oğlan bakirə olmayan qızla evlənməyə razılaşıb, bunu ailəsinə bildirəndə, ən çox etiraz edən ailədəki qadınlar olur. Vaxtında bu qadağalara və alçaldılmalara dözən qadınlar başqalarına edilən güzəştə dözmürlər. Bu, bir az “dedovşina”ya bənzəyir. Qadın “dedovşinası”na. Əlbəttə, bu qaydaların köhnəldiyini düşünən müasir valideynlər də var. Olur ki, bəyin ailəsi yengə gəlməməsini xahiş edir. Bu zaman qızın ailəsinin narahatlığı ilə üzləşirlər. Necə? Bəs yengə, qanlı mələfənin nümayişi olmasa, sonra necə isbat edəcəklər ki, qızları bakirə idi? Birdən toydan sonra oğlan evinin hansısa iddiası olar. Cəmiyyət bəkarət məsələsinə elə vasvasıdır ki, ənənəni yumşaltmağa yönələn ən yumşaq cəhdlər də həyəcan və şübhəylə qarşılanır. Geri dön |