Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > 15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto

15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto


10-01-2016, 23:51. Yazar: Xeberaz
15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto

Quba rayonunun Aşağı Atuc kənd sakini 2000-ci il təvəllüdlü Kərimova Nərmin Fəzail qızı dərman içərək intihar etmək istəyib.

Report xəbər verir ki, koma vəziyyətinə düşən Nərminə Quba Mərkəzi Rayon Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Həkim Anar Babayev bildirib ki xəstəxanaya ağır vəziyyətdə daxil olan xəstənin mədəsi yuyulsa da, qız hələ ki dərmanın təsirindən komadan ayılmayıb və bu səbəbdən süni tənəffüs aparatına qoşulub.

Anası Vacibət Kerimova 15 yaşlı Nərminin dərman hansı səbəbdən icdiyini bilmədiyini deyir.
15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto
15 yaşlı qız özünü dərmanla zəhərlədi - Foto
Geri dön