Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Piyadanı maşın vuraraq öldürüb-Hacıqabulda

Piyadanı maşın vuraraq öldürüb-Hacıqabulda


10-01-2016, 22:41. Yazar: Xeberaz
Piyadanı maşın vuraraq öldürüb-Hacıqabulda
Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza saat 20.00 radələrində Bakı-Qazax magistralının 94-cü kilometrliyində, Hacıqabul rayonu Navahi kəndi ərazisində qeydə alınıb.

Bakı sakini İlham Hüseynovun idarə etdiyi “Mercedes” markalı 99 FR 252 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Hacıqabul rayonu Nəvahi kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Rauf Rövşən oğlunu vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Geri dön