Ana Sayfa > Karusel / Gündəm / M2 > Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib? - Foto
Zəlimxan Yaqub ölüm ərəfəsində nə istəyib? - Foto10-01-2016, 14:24. Yazar: Xeberaz |
Ölənə yaxın heç kimi görmək istəmədi. Bu sözləri dünən vəfat edən xalq şairi Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov atasının son anları haqda danışarkən deyib. O, atasının dünyadan rahat getdiyini bildirib: “Onun son sözləri bu oldu: “Vətənim, dövlətim üçün mənalı, şərəfli bir ömür yaşadım. Övladlarıma da elə bir ömür yaşamağı arzu edirəm”. Son anlarında kimisə və ya nəyisə istəyib-istəmədiyini soruşduq. Heç bir şey istəmədi”. Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub sabah saat 12:00-da I Fəxri Xiyabanda dəfn ediləcək. Bu gün səhərdən isə şairin yaşadığı mənzilin qarşısında mağar qurulub. Geri dön |