Ana Sayfa > Karusel / Hadisə / M2 > 33 yaşlı qadın faciəvi şəkildə öldü

33 yaşlı qadın faciəvi şəkildə öldü


10-01-2016, 10:08. Yazar: Xeberaz
33 yaşlı qadın faciəvi şəkildə öldü
Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Xeberaz.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Hacıqabul rayonunun Muğan kəndində, gecə saat 3.00 radələrində qeydə alınıb. Həmin kəndin sakini, 1982-ci il təvəllüdlü Ağayeva Zümrüd Fərhad qızı hamamda dəm qazından boğularaq ölüb.

Ölüm faktı Hacıqabul rayon təcili yardım stansiyasının həkimləri tərəfindən təsdiqlənib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön