Ana Sayfa > Karusel / Hadisə / M2 > Güclü külək Leriki işıqsız qoyub
Güclü külək Leriki işıqsız qoyub9-01-2016, 18:21. Yazar: Xeberaz |
Ötən gün axşam saatlarından etibarən başlayan güclü külək Lerikdə bir sıra fəsadlara səbəb olub Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, güclü külək əsasəsən rayonun ekelektrik təsərrüfatını iflic vəziyyətə salıb. Belə ki, rayon ərazisində 100-dən çox elektrik dirəyi aşıb, nəticədə min metrlərlə naqil sıradan çıxıb. Ümumilikdə, rayonun 150-dək yaşayış məntəqəsi işıqsız qalıb. Rayonun müvafiq qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması işinə səfərbər olunublar. H. Məklikovun sözlərinə görə, günün sonunadək rayonun 70%-də elektrik enerjisinin verilişi bərpa olunacaq. Geri dön |