Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda yol polisini maşınla sürüdülər - polis xəstəxanalıq oldu

Bakıda yol polisini maşınla sürüdülər - polis xəstəxanalıq oldu


9-01-2016, 13:05. Yazar: Xeberaz
Bakıda yol polisini maşınla sürüdülər - polis xəstəxanalıq oldu


Bakıda yol polisinin xəsarət alması ilə nəticələnən hadisə baş verib.

Hadisə Yasamal rayonu, Ə.Salmanzadə küçəsi 2-də baş verib.

DYP əməkdaşları Ağdam rayon sakini 1991-ci il təvəllüdlü Elmir Niyazi oğlu Səfərovun idarə etdiyi "Hyundai Sonata" markalı 90 CD 093 dövlət nömrə nişanlı maşını saxlayıb.

Bu zaman məlum olub ki, maşının ödənilməmiş cəriməsi var. DYP-nin baş serjantı Rəmal İsayev sürücünün sənədləri olmadığından maşının cərimə meydançasına aparılmasını istəyib. Bu zaman sürücü mübahisə etməyə başlayıb. Maşından düşmək istəməyən sürücü qaçmağa çalışıb.

Bunun qarşısını almaq istəyən polis baş serjantı avtoboilin qarşısına keçib. Maşın polisi bir neçə metr sürüyüb. Polis əməkdaşının daban sümüyü sınıb, bədən xəsarətləri alıb. O, DİN-in hospitalına yerləşdirilib.
Geri dön