Ana Sayfa > Karusel / Maraqlı / M2 > Azərbaycanlı pilotun cəsədi 70 ildən sonra tapıldı - FOTO
Azərbaycanlı pilotun cəsədi 70 ildən sonra tapıldı - FOTO8-01-2016, 19:05. Yazar: Xeberaz |
Rusiyanın Smolensk vilayətində Böyük Vətən Müharibəsi zamanı vurulan döyüş təyyarəsinin qalıqları aşkarlanıb. Xeberaz.az modern.az-a istinadən bildirir ki, həmin müharibədə həlak olan insanların qalıqlarının tapılması ilə məşğul olan "Smerç" təşkilatının üzvləri "L-5" təyyarəsinin pilotu Əziz Əbdül oğlu İsrafilova aid sənədlər aşkar ediblər. Həmin sənədlərdən aydın olur ki, Əziz İsrafilov azərbaycanlı pilot olub və 1921-ci ildə Bakıda anadan olub. Onun yaşayış ünvanını isə Bakıdakı Krupskaya küçəsi 21 (23) olduğu məlumdur. "Smerç" təşkilatının üzvləri ehtimal edir ki, təyyarə 3 min metr yüksəklikdən yerə düşdüyü üçün onun göyərtəsində güclü yanğın olub və buna görə kabinədəki pilot Əziz İsrafilov yanaraq kül olub. Hazırda onun qohumlarının axtarışı aparılır. Geri dön |