Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Xüsusi təyinatlılar “Baron Şəmi”ni belə tutdu (Xüsusi əməliyyat videosu)

Xüsusi təyinatlılar “Baron Şəmi”ni belə tutdu (Xüsusi əməliyyat videosu)


8-01-2016, 15:51. Yazar: Xeberaz
Xüsusi təyinatlılar “Baron Şəmi”ni belə tutdu (Xüsusi əməliyyat videosu)

Ötən gün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan "Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.

Əvvəllər 6 dəfə məhkum olunmuş "Baron Şəmi”nin evinin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Xeberaz.az ans press-ə istinadən keçirilən xüsusi əməliyyatın görüntülərini təqdim edir:

Geri dön