Ana Sayfa > Karusel / Maraqlı / M2 / Texnologiya > Avtomobil istehsalında inqilab - Foto Video

Avtomobil istehsalında inqilab - Foto Video


8-01-2016, 11:14. Yazar: Xeberaz

Avtomobil istehsalında inqilab - Foto Video

“Faradey Fyuçə” şirkəti elektriklə çalışan avtomobillərin də benzinlə işləyən avtomobillər qədər sürətli ola biləcəyini göstərən maşınını təqdim edib.

Xeberaz.az xəbər verir ki, ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan sərgidə “Faradey Fyuçə” şirkətinin istehsal etdiyi “Ffzero1” modeli diqqət çəkib.

“Ffzero1” yarış avtomobilinin motoru 1000 at gücündədir. Digər elektrikli avtomobillərdən fərqlənən “Ffzero1” 0-dan 100 km/saat-a qədər sürəti 3 saniyədə toplayır.

Maşın gücünü 4 elektrikli motordan alır və 360 km/saat sürət yığa bilir. Yalnız sürücü oturacağından ibarət olan maşın insansız da idarə edilir.

Avtomobil istehsalında inqilab - Foto Video
Geri dön