Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Ağstafada “NazLifan” divara çırpılıb, ölən var

Ağstafada “NazLifan” divara çırpılıb, ölən var


7-01-2016, 21:42. Yazar: Xeberaz
Ağstafada “NazLifan” divara çırpılıb, ölən var
Qəzanın dəqiq səbəbləri araşdırılır.

Ağstafada yol qəzası baş verib.

Xeberaz.az Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Bakı-Qazax magistralının 467-ci kilometrliyində, Ağstafa rayonu ərazisində qeydə alınıb.

Rayon sakini, 27 yaşlı Oruc Əliyevin idarə etdiyi “NAZ Lifan” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı divara çırpılıb. Sürücü hadisə yerindəcə keçinib.

Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları gəlib. Qəzanın dəqiq səbəbləri araşdırılır.
Geri dön