Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda gənc oğlanı işgəncə ilə öldürdülər

Bakıda gənc oğlanı işgəncə ilə öldürdülər


7-01-2016, 18:41. Yazar: Xeberaz
Bakıda gənc oğlanı işgəncə ilə öldürdülər
Cinayət işi açılıb.

Təxminən bir saat öncə Bakının Nizami rayonunda yaşayış evində işgəncə ilə öldürülmüş gənc oğlanın meyiti tapılıb.

Xeberaz.az xəbər verir ki, bu barədə haqqin.az-a Nizami rayon Polis İdarəsindən bildiriblər.

Qatil oğlanın əllərini və ayaqlarını bağlayıb, ona işgəncə verib. Cinayətkar qurbanın kəlləsini yararaq qətlə yetirib.

Öldürülən şəxsin kimliyi müəyyənləşdirilməyib. Gənc oğlanın 24-cü polis bölməsinin ərazisində olan yaşayış evlərindən birində kirayə qaldığı məlumdur.

Cinayətin motivi də məlum deyil.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb
Geri dön