Ana Sayfa > Karusel / Hadisə / M2 > Marşrut avtobusu qəza törətdi

Marşrut avtobusu qəza törətdi


7-01-2016, 18:23. Yazar: Xeberaz
Marşrut avtobusu qəza törətdi
Yaralılar xəstəxanaya çatdırılıb.
Gəncədə sərnişinlərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Xeberaz.az-a verilən məlumata görə, şəhərin Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən yolun kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpılıb.

Zərbənin təsirindən “Mercedes” yaxınlığında dayandığı yaşayış evinin hasarına dəyib. Qəza nəticəsində mikroavtobusda olan şərnişinlərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıb. Lakin müxtəlif dərəcəli bədən xəsarətləri alan 1980-cı il təvəllüdlü Gəncə şəhər sakini Sevinc Əliyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Noyabr ayının 26-da da Gəncədə sərnişin avtobusu qəza törətmişdi. 29 saylı marşrut avtobusunun sürücüsü Gəncə şəhəri, Ozan küçəsi ilə hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində, mikroavtobus yoldan çıxaraq divara çırpılıb. Qəza nəticəsində 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın travmotologiya şöbəsinə çatdırılmışdı.
Geri dön