Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycana quldur axını barədə yayılmış xəbərlərə rəsmi reaksiya (EKSKLÜZİV)

Azərbaycana quldur axını barədə yayılmış xəbərlərə rəsmi reaksiya (EKSKLÜZİV)


7-01-2016, 14:24. Yazar: Xeberaz
Azərbaycana quldur axını barədə yayılmış xəbərlərə rəsmi reaksiya (EKSKLÜZİV)

"Qonşu Gürcüstan respublikasından ölkəmizə son ayda çoxlu sayda oğru və quldurlar gəlib. İnsanlar diqqətli olmalıdır”.

Xeberaz.az-in məlumatına görə, dünəndən başlayaraq sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində bununla bağlı məlumatlar yayılıb.

Məlumatlarda bildirilir ki, bu quldurların arasında çox peşəkar ev, maşın oğruları və hətta müxtəlif seyf kilidləri açan oğrular var. Quldurların arasında uşaq oğruları da var. Bu quldurlar insan psixologiyasını gözəl bilən peşəkar quldurlardır.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov BAKU.WS-ə açıqlamasında bildirdi ki, vətəndaşlar bu kimi əsası olmayan informasiyalara uyub panikaya düşməməlidirlər.

"Dövlətin hüquq-mühafizə orqanları istər dövlət sərhədlərində, istərsə də, ölkənin daxilində bütün kriminal duruma tam nəzarət edir. Ölkədə baş verə biləcək cinayətlərin qarşısını almaq üçün Azərbaycan polisi zəruri əməliyyatlar keçirir. Belə əsası olmayan informasiyaları oxuyan vətəndaşların narahatlıq keçirməsinə ehtiyac yoxdur”, - deyə Ehsan Zahidov bildirib.
Geri dön