Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO

Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO


7-01-2016, 13:59. Yazar: Xeberaz
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Xeberaz.az-a “Azəryolservis” ASC-dən məlumat daxil olub.

16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb.

İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib.

“Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
Geri dön