Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Mənzildə 75 yaşlı qadının meyiti tapıldı

Mənzildə 75 yaşlı qadının meyiti tapıldı


6-01-2016, 21:13. Yazar: Xeberaz
Mənzildə 75 yaşlı qadının meyiti tapıldı
Sumqayıtda mənzildə 75 yaşlı qadının meyiti tapılıb
Xeberaz.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1941-ci il təvəllüdlü Dorma Qalina Fyodorovnanın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. Q.Dormananın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Geri dön