Ana Sayfa > Karusel / Dünya / M2 > İŞİD Liviyanın iri neft limanlarına hücum etdi: 9 ölü, 40-dan çox yaralı

İŞİD Liviyanın iri neft limanlarına hücum etdi: 9 ölü, 40-dan çox yaralı


6-01-2016, 20:46. Yazar: Xeberaz
İŞİD Liviyanın iri neft limanlarına hücum etdi: 9 ölü, 40-dan çox yaralı

İŞİD terror qruplaşmasının Liviyanın nəhəng əs-Sidr və Ras-Lanuf ixrac terminalları yaxınlığında həyata keçirdiyi hücum nəticəsində 9 nəfər ölüb, 40-dan çox insan yaralanıb

Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Bundan öncə əs-Sidr limanının 2 gözətçisinin ölümü haqda xəbər verilirdi. Məlumata görə, hər iki liman Liviyanın nəzarəti altında qalıb. Lakin iki gün öncə başlanan atışma hələ də davam edir. Hadisə yerində 30 terrorçunun cəsədinin aşkar edildiyi bildirilir.

Hücum nəticəsində baş vermiş yanğın 5 neft rezervuarını əhatə edib, onların 4-ü əs-Sidr, 1-i isə Ras-Lanuf limanındadır. Yanğınlardan ikisi yaraqlılar tərəfindən açılan atəş nəticəsində baş verib.
Geri dön