Ana Sayfa > Karusel / Hadisə / M2 / Xəbəraz TV > Matadorlar qana qərq oldular - VİDEO

Matadorlar qana qərq oldular - VİDEO


6-01-2016, 19:19. Yazar: Xeberaz
Matadorlar qana qərq oldular - VİDEO
Kosta-Rikada keçirilən korrida yarışında tamaşaçılar qorxu dolu anlara şahid olublar.

Adətən matadorlar qəzəbli buğaların qarşısından qaçmağa çalışsa da, bu dəfə əksinə olub. İştirakçılar öküzlərin qarşısında diz çöküb və onların ayaqları altına uzanıblar.

Öküzlər yerə uzanan matadorları o ki var əzişdirib. Luis Salas Kontreras adlı iştirakçının bəxti isə heç gətirməyib. Aldığı buynuz zərbəsi ilə havaya uçan matadorun köməyinə həmkarları çatıb. Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Kontrerasın vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Arenada yaşanan qorxulu anlara baxmayaraq, yarış qaldığı yerdən davam edib. Həmkarlarının üzləşdiyi durumdan dərs götürməyən matadorlar öküzlərin ayaqları altında əzilməyə davam ediblər. San Xosedə keçirilən yarışı minlərlə tamaşaçı izləyib. İspandilli ölkədə sakinlərin ən çox maraq göstərdiyi, demək olar ki, hər həftə keçirilən korridalardır. Heyvan haqları dərnəkləri və Səhiyyə Nazirliyi bu yarışların məhdudlaşdırılmasını tələb etsə də, xalq tarixi bir neçə əsr öncəyə söykənən ənənənin davam etməsinin tərəfdarıdır.

Geri dön