Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda 22 yaşlı gənc içki içdi və donub öldü

Azərbaycanda 22 yaşlı gənc içki içdi və donub öldü


6-01-2016, 18:11. Yazar: Xeberaz
Azərbaycanda 22 yaşlı gənc içki içdi və donub öldü
Mixail Belyayev yıxıldığı yerdən qalxa bilməyib.
Gecə havaların soyuq keçməsi daha bir nəfərin donaraq ölməsinə səbəb olub.

Şamaxı Rayon Polis İdarəsindən Xeberaz.az-ə verilən məlumata görə, hadisə rayonun Nağaraxana kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Mixail Vladimiroviç Belyayev gecə saatlarında qardaşı ilə spirtli içki qəbul edib. Daha sonra sərxoş vəziyyətdə həyətə düşən Mixail həyətə düşüb və ayağı sürüşərək yıxılıb. Yıxıldığı yerdən ayağa qalxa bilməyən 23 yaşlı gənc soyuqdan donaraq ölüb.
Ölən şəxsin tüfeyli həyat tərzi keçirdiyi bildirilir.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Dünən də Masallıda 36 yaşlı kişi donaraq ölüb. Səhər saatlarında kənd camaatı tikinti materiallarının satış bazarının arxa hissəsində naməlum kişi meyiti olduğu barədə polisə məlumat verib.
Araşdırmalar zamanı donan şəxsin Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib.

Polis idarəsindən onu da bildirdilər ki, Şahin Quliyev gecə saat 04 radələrində sərxoş vəziyyətdə evdən çıxıb və yolda gedərkən yıxılıb və yıxıldığı yerdə soyuqdan donub.
Geri dön