Ana Sayfa > Karusel / İdman / M2 > AFFA-dan klublara transfer qadağası

AFFA-dan klublara transfer qadağası


6-01-2016, 16:39. Yazar: Xeberaz
AFFA-dan klublara transfer qadağası


AFFA İntizam Komitəsi Peşəkar Futbol Liqasına (PFL) borcu olan klublara transfer qadağası qoyub.

Xeberaz.az-in məlumatına görə, bu gün keçirilmiş iclasda PFL-in Komitəyə ünvanladığı məktub əsasında qərar qəbul olunub.

Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə də İntizam Komitəsinə müraciət edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edir:

• yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
• hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilmədiyi tarixə kimi).
• Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.

Geri dön