Ana Sayfa > Karusel / İqtisadiyyat / Gündəm / M2 > Mərkəzi Bank qərar verdi: dollar bahalaşır

Mərkəzi Bank qərar verdi: dollar bahalaşır


6-01-2016, 16:37. Yazar: Xeberaz
Mərkəzi Bank qərar verdi: dollar bahalaşır


Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün, ənənəvi olaraq saat 11:30-da keçirdiyi valyuta hərracını təxirə salıb.

Xeberaz.az "Report"a istinadla xəbər verir ki, əvəllər isə bu hərraclar saat 15:30-da keçirilir.

Bu gün, günün ilk yarısında Bakı şəhərinin mərkəzində yerləşən valyutadəyişmə məntəqələrində alış-satış əməliyyatları müvafiq olaraq 1,62-1,64 AZN/USD məzənnəsi ilə aparılırdısa, hazır satış məzənnəsi bəzi exchange"lərdə 167-170 AZN/USD-yə yüksəlib, alış qiyməti isə əsasən sabit qalıb.

"Report"un analitik qrupu qeyd edir ki, günün ikinci yarısında da (15:30-da) AMB valyuta hərracı keçirməsə, daxili bazarda nağd ABŞ dollarının məzənnəsinin artacağını ehtimal etmək olar: "Bazarda real tələb olduğu halda, AMB bu gün hərrac keçirməsə, nağd məzənnənin sabit şəkildə 1,67 AZN/USD-ni keçəcəyi gözlənilir.

Yaxın günlərdə cari tələbat qarşılanmasa, məzənnənin 1,70 AZN/USD-yə çatması mümkündür".
Geri dön