Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)

Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)


5-01-2016, 16:14. Yazar: Xeberaz
Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)
Yeni əskinasların dövriyyəyə buraxılması xəbərinə reaksiya.
"Bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanda yeni əskinasların dövriyyəyə buraxılması ilə bağlı yayılan məlumatlar yanlışdır".

Bunu Mərkəzi Bankın mətbuat xidmətindən bildiriblər. Bankdan verilən açıqlamada qeyd edilir ki, bənzər xəbər bir neçə il öncə də yayılmışdı. "O zaman da biz açıqlama verərək, bunun tamamilə yanlış olduğunu vurğulamışdıq. İndi bir-birə həmin əsginazları yenidən yaymaqda nə məqsəd var, anlamırıq. Hələlik əsginasların yeniləri ilə əvəzlənməsi gözlənilmir".

Əgər belə hal olarsa ilk öncə Mərkəzi Bankın özünün məlumat yayacağı bildirilib.

Bir neçə gündür sosial şəbəkələrdə yeni əsginasların görüntüləri və onların yaxın günlərdə dövriyyəyə buraxılması ilə bağlı xəbərlər yayılıb.
Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)

Sosial şəbəkələrdə yayılan görüntü

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki dəfə valyuta dəyişikliyi yşayıb. Azərbaycan manatının hazırlanmasına Ayaz Mütəllibovun vaxtında başlanılıb, Əbülfəz Elçibəyin vaxtında isə bu reallaşıb. İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadədir.

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka mənsubdur.

Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)
Azərbaycan manatı - 100 manatlıq əskinas


Zamanla xarici ölkələrdə də bu cür dəyişikliklər müşahidə edilir. Bundan başqa, bəzi ölkələr əsginazını saxtakarlıqdan qorumaq və müdafiə etmək üçün yenilərini buraxırlar.

Məsələn, 2003-cü ildə ABŞ-da 100 dollar nominalında yenilənmiş əsginazlar dövriyyəyə buraxıb. Əsginazların hazırlanmasında saxtalaşdırmadan qorumaq üçün yeni, daha mükəmməl texnologiyalardan istifadə olunub. Belə ki, əsginazın üzərində göy 3D - xətt, böyük 100 rəqəmi və mürəkkəbqabı, hansının üzərində rəngi dəyişən "azadlıq zəngi" yerləşdirilib.

Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)
100 ABŞ dolları

Çin Xalq Respublikasında bu ilin noyabrında dövriyyəyə yeni 100 yuanlıq əsginazlar buraxılıb. Çin Xalq Bankının məlumatına görə, yeni əsginazlar əvvəlkindən daha böyük müdafiə qabiliyyətinin olmasına görə fərqlənir.

Mərkəzi Bank: Manat əskinasları dəyişmir (FOTO)
100 yuan
Geri dön