Ana Sayfa > Karusel / Hadisə / M2 > Lyudmila evdə ölü tapıldı - Bakıda

Lyudmila evdə ölü tapıldı - Bakıda


5-01-2016, 14:08. Yazar: Xeberaz
Lyudmila evdə ölü tapıldı - Bakıda

Bakıda mənzildə Lyudmila Fyodorovna Krivenkonun meyiti aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinindən Axar.az-a verilən məlumatda bildirilir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda mənzildə 1946-cı il təvəllüdlü Lyudmila Fyodorovna Krivenkonun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

L.Fyodorovnanın cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 11:48-də başa çatıb.​
Geri dön