Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO

Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO


4-01-2016, 22:12. Yazar: Xeberaz
Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO
Quba rayonunun Xınalıq kəndində Rüfət Kəlbiyev adına internat tipli tam orta məktəbin damı çöküb.

Xeberaz.az-ın Report-a istinadən xəbərinə görə, buna səbəb güclü qar yağmasıdır. Hadisə qeyri-dərs gününə təsadüf etdiyindən xəsarət alan olmayıb.

Məktəbin direktoru Ənvər Məmmədov bildirib ki, damın təxminən 20 faizi çöküb:

“Bu, son 10 ilin ən güclü qarıdır”.

Qeyd edək ki, Quba-Xınalıq yolu 6 gündür bağlıdır. Son bir ayda həmin yol güclü qar yağması səbəbindən beş dəfə bağlanıb.

Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO
Xınalıqda qar məktəb binasının damını çökdürüb - FOTO
Geri dön