Ana Sayfa > Karusel / Maraqlı / M2 > Bakıda yol polisindən sürücüyə məsləhət: “Kişi içki içər də...” (VİDEO)

Bakıda yol polisindən sürücüyə məsləhət: “Kişi içki içər də...” (VİDEO)


4-01-2016, 17:04. Yazar: Xeberaz
Bakıda yol polisindən sürücüyə məsləhət: “Kişi içki içər də...” (VİDEO)

Bakıda bayram günü yol polisi sürücülərin sərxoş olub-olmadığını yoxlamaq üçün reyd keçirib.

Xeberaz.az-in məlumatına görə, reyd zamanı polis avtomobili saxlayır. O, sürücüdən içkili olub-olmadığını soruşur. Söhbət zamanı yol polisi daha səmimi və loru dillə danışır. Sürücü içki içmədiyini dedikdə, yol polisi "kişi içər də”, deyə cavab verir.

Həmin anları əks etdirən video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bir çox vətəndaş yol polisini qınayıb və onun sürücüləri içki içməyə təhrik etdiyini yazıb.

Geri dön