Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı sakini dollar aldı və oğruların qurbanına çevrildi

Bakı sakini dollar aldı və oğruların qurbanına çevrildi


4-01-2016, 15:36. Yazar: Xeberaz
Bakı sakini dollar aldı və oğruların qurbanına çevrildi
Fakla bağlı araşdırma davam etdirilir.

Yeni ilin ilk günlərində Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Xeberaz.az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən virtualaz.org-a verilən məlumata görə, naməlum şəxslər açar seçmə olu ilə Ağaşirin Əkbərovun A.Abbaszadə küçəsi, ev 17-dəki mənzilinə girərək, oradan 1100 manat, 45 900 dollar və 1100 avro aparıblar.

Zərərçəkən deyib ki, qarətdən bir neçə gün əvvəl əlindəki milli valyutanı dollara çeviribmiş.

Oğurluq yanvarın 1-3-ü arası, mənzil sahibi evdə olmayanda baş verib.

Hələlik oğurluğun kim və ya kimlər tərəfindən törədildiyi məlum deyil.

Fakla bağlı araşdırma davam etdirilir.
Geri dön