Ana Sayfa > Karusel / Hadisə / M2 > Azərbaycanda zavod partladı: 1 nəfər öldü, 2 nəfər yaralandı (RƏSMİ)

Azərbaycanda zavod partladı: 1 nəfər öldü, 2 nəfər yaralandı (RƏSMİ)


4-01-2016, 13:14. Yazar: Xeberaz
Azərbaycanda zavod partladı: 1 nəfər öldü, 2 nəfər yaralandı (RƏSMİ)

Azərbaycanda zavodda partlayış baş verib.
Xeberaz.az-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, hadisə saat 10:30 radələrində Balakən şəhərində "Azəryem Sənaye MMC”-ə məxsus zavodun ərazisində qazanxanada baş verib.

FHN-ə partlayışın baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində yanğın baş veryib. Hazırda FHN-nin və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.
Geri dön